"İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.
Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
Bu il oktyabrın 1-nə Azərbaycanın xalis maliyyə aktivləri 109 milyard 880,7 milyon manat təşkil edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Hesa...