İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıblar
İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP şirkəti ilə enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıb.
BAKU.WS xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BP-nin baş icraçı direktoru xanım Meq O"Nillə görüş çərçivəsində "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə sənədlər imzalandı. İqtisadiyyat Nazirliyi ilə "BP Exploration Limited" şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində nazirliyin yeni yaratdığı HPC infrastrukturunun BP şirkətinin təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur. "BP Exploration Limited" şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək",-deyə nazir qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 28 milyard 702,4 milyon manat təşkil edib. BAKU.WS bu barədə Dövlət Statistika Komitəsinə...