"Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər
07
okt
2026
12:48
"Qarabağ"ın futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər.
BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edən Əli İbrahimdən gedir. U-20 millimizin hücumçusu Yunanıstana yola düşəcək.
Ə.İbrahim "Olimpiakos"un düşərgəsində baxışa yollanır. Əgər futbolçunun performansı bəyənilsə, oyunçu Afina klubunun əvəzedici həyətində çıxış edəcək.
Xatırladaq ki, Əli İbrahim "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasında da çıxış edir. O, "köhlən atlar"ın heyətində UEFA Gənclər Liqasında da forma geyinib.
Oxşar xəbərlər
Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsin...