EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın oktyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.
Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Sentyabrda həmin rüblər üçün verilən proqnoz 540 min barel təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü rübdə neft hasilatı sutkada 580 min barel, dördüncü rübdə 590 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.
Oxşar xəbərlər
Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır
"UK Export Finance" Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,623 milyon dollar) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır...