İqtisadiyyat Nazirliyi mükafata layiq görülüb
İqtisadiyyat Nazirliyi Türkiyədə keçirilmiş 9-cu İstanbul Dövlət-Özəl tərəfdaşlığı Həftəsində mükafata layiq görülüb.
BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, tədbir Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və İstanbul Dövlət-özəl Tərəfdaşlığı Mükəmməllik Mərkəzinin (PPPCOE) təşkilatçılığı ilə baş tutub. Dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi sahəsində göstərilən səyləri mükafatlandırmaq məqsədilə Türkiyədə artıq 9-cu ildir ki, keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi bu sahədə görülən işlərə görə 37 ölkənin aidiyyəti qurumları arasında qalib olaraq mükafata layiq görülüb.
Qalibi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti seçib. Münsiflər ötən il qlobal dövlət-özəl tərəfdaşlığı tədbirlərində fəal iştirak, ölkələr arasında ikitərəfli görüşlərin təşkili, məqalələrin, tədqiqat sənədlərinin yayımlanması, dövlət-özəl layihələrinin idarə olunması, təlim proqramlarının təşkili kimi meyarları qiymətləndirib.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % azalaraq 72,75 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...