ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır.
"Report" ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.
Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 % olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 %, 2026-cı ildə isə 4 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan Aİ ilə nəqliyyat sahələrinə dəstək üzrə maliyyələşdirmə sazişini müzakirə edib
Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyy...
