İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirilib
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.
BAKU.WS Prezident.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.
Yeni əlavə olunan xammal və materillar 2027-ci il yanvarın 1-dək qüvvədədir.
Oxşar xəbərlər
SOCAR Gürcüstanda tələbələr üçün İş və Təhsil Proqramı elan edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə "SOCAR Georgia Petroleum" şirkəti tələbələr üçün İş və Təhsil Proqramını elan edib. BAKU.WS "Repo...