Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib

Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib
İqtisadiyyat 12

2025-ci ildə Azərbaycanda turizm və ictimai iaşə sektoru müsbət dinamika nümayiş etdirsə də, əvvəlcədən müəyyən edilmiş hədəflərə tam nail ola bilməyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il turizm və ictimai iaşə sektorunda real artım 8,5 % təşkil edib. Halbuki ilin əvvəlində bu sahə üzrə 15,9 %-lik artım proqnozlaşdırılıb Sonradan gözlənilən göstərici 9,9 %-ə endirilsə də, faktiki nəticə bundan da aşağı olub.

Palatanın təhlillərinə əsasən, qeyri-neft-qaz sektorunda artıma ən böyük töhfə nəqliyyat və ticarət sahələrindən gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər