Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"
2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4% kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8% artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9%-ə yüksəldilmişdi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7% artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə edildiyi əsas sahələrdən biri olub.
Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6% artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.
Oxşar xəbərlər
SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb
Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 118 min 695 tona yaxın aviasiya yanacağı (kerosin)...