Həftənin ilk günü qızıl bahalaşdı
Dünya bazarlarında qızılın qiyməti yeni həftəyə yüksəlişlə start verib.
BAKU.WS xəbər verir ki, beynəlxalq ticarət məlumatlarına görə, qızılın unsiyası əvvəlki bağlanışla müqayisədə artaraq 4 700 dollardan yuxarı səviyyədə ticarət olunur. Qiymətlərdəki artım son günlər qlobal bazarlarda müşahidə olunan qeyri-müəyyənlik fonunda baş verir.
Ekspertlər bildirir ki, ABŞ Prezidenti Donald Trampın İranla danışıqların dayandırılması ilə bağlı açıqlamaları və eyni zamanda tərəflər arasında mümkün razılaşma xəbərləri dolların zəifləməsinə səbəb olub. Bu isə öz növbəsində qızılın bahalaşmasını dəstəkləyib.
Analitiklərin fikrincə, Yaxın Şərqdə davam edən gərginlik və investorların daha təhlükəsiz aktivlərə yönəlməsi qiymət artımının əsas səbəblərindəndir.
Bununla yanaşı, bazar iştirakçılarının diqqəti ABŞ Federal Ehtiyat Sisteminin növbəti faiz qərarına yönəlib. Faizlərin sabit saxlanacağı gözlənsə də, qurumun gələcək siyasəti ilə bağlı siqnallar qızıl bazarında əsas istiqaməti müəyyən edə bilər.
Mütəxəssislər hesab edir ki, qlobal iqtisadi və siyasi risklər davam etdikcə qızılın qiymətində dalğalanma müşahidə olunacaq.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95ABŞ dolları və ya 1,74 % artaraq 113,97ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...