Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb
İqtisadiyyat 1003
Bu ilin fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir.BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, bu, yanvar ayı ilə müqayisədə 0,36 mln. dollar azdır.Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 303,121 mln. dollar təşkil edir ki, bu məbləğin 5 mlrd. 216,368 mln. dolları hökumətin payına düşür.Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (294,771 mln. dollar), Yaponiya (220,677 mln. dollar) və Fransadır (214,954 mln. dollar).Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana olan borcu yanvar ayı ilə müqayisədə azalaraq müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,99 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...

663 İqtisadiyyat 23:23 28 fevral 2018

Son xəbərlər