Azərbaycanın xarici dövlət borcu açıqlanıb
24
avq
2017
18:59
Azərbaycanın xarici dövlət borcu açıqlanıb.BAKU.WS xəbər verir ki, Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib.Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.BAKU.WS
Oxşar xəbərlər
İşıq və qazın qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azərenerji" ASC-nin məcmu öhdəliklərinin 70%- xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır. BAKU...