Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 300 min ABŞ dolları dəyərində 78 ton balıq (dondurulmuş) idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 9 dəfə çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 29 milyon ABŞ dolları dəyərində 8 min 661 ton balıq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 25 % çox və 2 % azdır.
Hesabat dövründə Gürcüstan Çilidən 6,2 milyon ABŞ dolları dəyərində 959 ton, İslandiyadan 3,2 milyon ABŞ dolları dəyərində 936 ton, Amerika Birləşmiş Ştatlarından 2,99 milyon ABŞ dolları dəyərində 1 min 89 ton, Norveçdən 2,35 milyon ABŞ dolları dəyərində 554 ton, Danimarkadan 1,43 milyon ABŞ dolları dəyərində 384 ton balıq alıb.
Oxşar xəbərlər
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu...