Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb
İqtisadiyyat 69

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 142 083,5 min ABŞ dolları dəyərində 998 887,8 ton qaz idxal edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik müqayisədə 31 445,2 min dollar və ya 18,1%, həcmi isə 48 815,4 ton və ya 4,65% azalıb. Belə ki, 2019-cu ilin analoji dövründə Gürcüstan Azərbaycandan 173 528.7 min dolları dəyərində 1 047 703,2 ton qaz idxal edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər