"Günay Bank" və "Muğan Bank"ın qorunan əmanətçilərinə 233 milyon manatdan çox kompensasiya ödənilib

Bu il yanvarın 1-nə qədər ləğv prosesində olan "Günay Bank" və "Muğan Bank" ASC-lərin qorunan əmanətçilərinə 233,3 milyon manat kompensasiya ödənilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, hər iki bankın qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98 %-i və 97 %-i qaytarılıb.
Belə ki, "Günay Bank" üzrə 2 209 nəfər əmanətçiyə 34,3 milyon manat, "Muğan Bank" üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat ödəniş edilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında "Günay Bank"ın, oktyabr ayında isə "Muğan Bank"ın lisenziyalarını ləğv edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarları ilə hər iki bank müflis elan olunub, onların barəsində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu bankların ləğvedicisi təyin edilib. Fondun "Günay Bank" üzrə təxminən 35 milyon manat, "Muğan Bank" üzrə təxminən 205 milyon manat - ümumilikdə 240 milyon manat kompenasiya öhdəliyi olub və bunun böyük hissəsi icra edilib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Qurban bayramı münasibətilə paylaşım edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qurban bayramı münasibətilə paylaşım edib. BAKU.WS xəbər verir ki, o, bununla bağlı "X" hesabında yazıb: "Qurb...
