Gələn il Azərbaycanda Aİ-95 markalı benzin istehsal olunmayacaq
Gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu, 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb.
Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu məbləğin 49.2%-i və ya 779 milyon manatı neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektorundan daxilolmalar 2025-ci ilin proqnozu ilə müqayisədə 196.7 milyon manat və ya 20.2% azdır.
Sənədə əsasən, növbəti ildə ölkədə istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulmur. Bununla yanaşı, Aİ-92 markalı avtomobil benzininin istehlakında 239.9 min ton və ya 14.7%, dizel yanacağında isə 298.5 min ton və ya 13.7% azalma proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67.54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1% artım deməkdir.
Eyni dövrdə ölkədə cəmi 13.8 min ton Aİ-95 markalı benzin istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 45% azdır.
Oxşar xəbərlər
SOCAR və "Baker Hughes" quyular üzrə rəqəmsallaşmanın aparılmasını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Baker Hughes" şirkəti arasında quyular üzrə rəqəmsallaşmanın aparılması müzakirə edilib. BAKU.WS bu barədə SOCAR-a is...