"ExxonMobil" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarı olub

ExxonMobil şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarı olub
İqtisadiyyat 1043
Amerikanın "ExxonMobil" neft şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən "BTC Co"nun səhmdarlarının tərkibinə daxil olub. BAKU.WS Trend-ə məlumatına görə, bu barədə Azərbaycanda 2017-ci il üzrə fəaliyyət yekunlarına əsasən BP şirkətinin hesabatında deyilir."ExxonMobil" "CIECO" şirkətinin 2,5 faizini alıb.Hesabatda bildirilir ki, razılaşma artıq baş tutub.Hazırda 2002-ci il avqust ayının 1-də layihənin həyata keçirilməsi üçün təsis edilən "BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,9 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,5 faiz); "ExxonMobil (2,5 faiz); "ONGC" (2,36 faiz).BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.Neft kəmərinin ötürmə gücü sutkada 1,2 milyon barrel təşkil edir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda tikinti materialları istehsalı artıb

Azərbaycanda tikinti materialları istehsalı artıb

2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə...

829 İqtisadiyyat 22:06 24 yanvar 2018

Son xəbərlər