Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb"

Emin Ağalarov: Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb
Video
İqtisadiyyat 33

"Bu gün fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olduqca uğurlu keçir, çünki forumu şəxsən Prezident açıb".

BAKU.WS xəbər verir ki, bunu Baku TV-yə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze" kurortunun təsisçisi və sahibi Emin Ağalarov bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda, Konqres Mərkəzində ümumi dəyəri təxminən 27 trilyon dollar olan aktivləri idarə edən dünyanın ən böyük investisiya fondlarının nümayəndələri toplaşıblar.

E.Ağalarov Prezident İlham Əliyevin neft-qaz sektorunu, logistikanı və energetikanı, xüsusilə, elektrik enerjisi istehsalını investisiyalar üçün ən perspektivli istiqamətlər kimi qeyd etdiyini xatırladıb.

Daha ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər