Əməkhaqqı sistemində islahatlar dövlət qulluğunda sistemin funksional effektivliyini artırır - RƏY

Əməkhaqqı sistemində islahatlar dövlət qulluğunda sistemin funksional effektivliyini artırır - RƏY
İqtisadiyyat 157

Dövlət qulluqçularının əməkhaqqı sistemində tətbiq edilən yeni islahatlar çərçivəsində əməkhaqqının tərkib elementlərinin aydın və sistemli şəkildə müəyyən edilməsi dövlət qulluğunda nəticəyönümlü yanaşmanı gücləndirir və ümumilikdə sistemin funksional effektivliyini artırır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a "Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi" İctimai Birliyinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvü Aslan Əzimzadə deyib.

O qeyd edib ki, eyni zamanda əvvəlki dövrlərdə müxtəlif əlavələr şəklində təqdim olunan ödənişlərin vəzifə maaşına inteqrasiyası əməkhaqqı sisteminin vahid struktur çərçivəsində formalaşmasına şərait yaratmaqdadır:

"Bu yanaşma sistemin daha sabit, aydın, balanslı xarakter alınmasını təmin edir. İsalahatların mühüm nəticələrindən biri kimi bir sıra hallarda müşahidə olunan əməkhaqqı disproporsiyalarının aradan qaldırılması dövlət qulluğunda bərabər imkanların genişlənməsinə şərait yaradır".

Ekspert vurğulayıb ki, bununla yanaşı, əməkhaqqının daha stabil və proqnozlaşdırılabilən xarakter alması dövlət qulluqçularının sosial və iqtisadi təminat səviyyəsini möhkəmlənməsinə xidmət etməkdədir.

Aslan Əzimzadə

"Digər tərəfdən, burada xüsusi bir məsələ qeyd olunmalıdır ki, yeni əməkhaqqı modelinə keçid dövlət qulluğu sistemində rəqabət qabiliyyətli əməkhaqqı mexanizminin formalaşmasına da səbəb olur. Müasir əmək bazarında özəl sektorun daha cəlbedici sosial və maliyyə imkanları təqdim elədiyi bir şəraitdə dövlət qulluğunda rəqabət qabiliyyətinin artırılması bu sahədə insan kapitalının cəlb edilməsi və saxlanılmsı baxımından mühüm əhəmiyyət kəsb edir", - A.Əzimzadə deyib.

Onun fikrincə, burada, xüsusilə, beynəlxalq təcrübəyə istinad məsələləri də önəmlidir. Ekspert qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən, Gürcüstanda, Sloveniyada, Estoniyada, Honkonqda aparılan empirik tədqiqatlar nəıticəsində müəyyən olunub ki, dövlət qulluğundakı dövlət qulluqçularının əməkhaqqı sistemindəki dəyişikliklər ilə qeyri-şəffaflıq proseslərinin azaaldılması arasında müsbət əlaqə mövcuddur:

"Belə ki, faktiki olaraq bu ölkələrdə aparılan tədqiqatlar onu deməyə əsas verir ki, dövlət qulluqçularının əməkhaqlarının artırılması bir tərəfdən qeyri-şəffaf proseslərin azaldılmasına, digər tərəfdən isə qeyri-şəffaflıq prosesləri üzrə cinayət işlərini azaldılmasına öz mesbət təsirini göstərməkdədir. Bu məsələ ilə bağlı təqribən 20%-ə qədər sözügedsən ölkələrdə azaldılmaları müşahidə etməkdəyik".

Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Son xəbərlər