İsmayıl Bəqai Amerikanın müharibədən imtina etməsini tələb edir

İsmayıl Bəqai Amerikanın müharibədən imtina etməsini tələb edir
Dünya 52

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Amerikanın müharibədən imtina etməsini tələb edir.

BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, o Amerika vətəndaşlarını və rəsmilərini İrana qarşı qanunsuz müharibəni pisləməyə çağırıb və bunu etməyin təmiz vicdanlı insanların əsas məsuliyyəti olduğunu bildirib.

"Bu müharibə Amerika xalqının müharibəsi deyil... Bu qanunsuz müharibəni inkar etmək, vicdanı təmiz olan hər hansı bir Amerika vətəndaşının və ya rəsmisinin edə biləcəyi və etməli olduğu minimum addımdır" - deyə Bəqai "X" hesabındakı paylaşımda qeyd edib.

O, həmçinin ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kentin istefa ərizəsinin fotosunu da əlavə edib.

Bəqai Kent, ABŞ prezidenti Donald Trampa ünvanladığı istefa ərizəsinin surətini sosial media platforması "X"də dərc edib.

"Mən vicdanımla İranda davam edən müharibəni dəstəkləyə bilmərəm" - deyə, Kent istefa ərizəsində qeyd edib.

Bəqai qeyd edib ki, bu istefa Tramp administrasiyası daxilində müharibə səylərinə qarşı ən yüksək səviyyədə tənqiddir.

Son xəbərlər