Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA
Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdən təqribən 1500-ə yaxını söküntüyə məruz qalacaq:
"Təbii ki, bütün "xruşovka"lar bir anda sökülməyəcək, iş mərhələli şəkildə həyata keçiriləcək. Söküntü layihələri adətən tikililərin tipi ilə deyil, istismar müddəti və mərtəbə sayı əsasında qruplaşdırılır.
"Xruşovka"lar bazarda hələ uzun müddət alqı-satqı predmetləri olaraq qalacaq. Hazırda bazarda bu binaların qiymətləri digər tikililərə nisbətən yüksəkdir və söküldükdən sonra onların yerində inşa olunacaq yeni tikililər qiymət baxımından daha yüksək olacaq.
Ən çox bu tip binalar Yasamal, Nəsimi, Xətai rayonlarında, qismən isə Nərimanov rayonunda yerləşir. Burada yerləşən ərazilər mərkəzi və infrastrukturu inkişaf etmiş bölgələr olduğu üçün söküntü və yenidənqurma işləri əhəmiyyətlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Tikinti materiallarının qiyməti BAHALAŞACAQ
"Fevralın sonu və martın əvvəlində tikinti sektorunda ənənəvi olaraq mövsümi qiymət artımı müşahidə olunur və hazırda bazar məhz bu mərhələdən keçir". Bunu BAKU...