ROX ADAMAS Bakıda təqdim olundu

ROX ADAMAS Bakıda təqdim olundu
Foto
Promo 112

ROX Motor şirkətinin Azərbaycandakı rəsmi distribütoru Volt Group şirkəti "Fairmont" otelində ROX ADAMAS modelinin təqdimat mərasimini təşkil edib.

ROX Motor Azərbaycanda yegəna rəsmi distribyutor olaraq Volt Group tərəfindən təmsil olunur. ADAMAS modelinin təqdimatı brendin ölkəmizdəki fəaliyyətinin məntiqi davamıdır və model portfelinin mərhələli şəkildə genişləndirilməsi strategiyasının növbəti addımını ifadə edir.

Martın 18-də keçirilən tədbir avtomobil sənayesinin nümayəndələrini, biznes ictimaiyyətini və media təmsilçilərini bir araya gətirdi. Tədbir çərçivəsində ROX Motor-un Azərbaycandakı model xəttinin genişləndirildiyi elan olundu və SUV modeli ADAMAS modeli ölkədə rəsmi olaraq təqdim edildi.

ROX Motor-un əsas məhsul fəlsəfəsi olan "Gliding Luxury" konsepsiyasını özündə birləşdirən ROX ADAMAS qabaqcıl ağıllı texnologiyaları, yüksək performanslı REEV innovasiyasını və incə sənətkarlığı bir araya gətirir. Bu model müxtəlif regionlarda və istifadə ssenarilərində istifadəçilər üçün güc, dəqiqlik və zərifliyin harmoniyasını təmin edən bənzərsiz sürüş təcrübəsi təqdim edir.

Adını almaz sözündən alan ADAMAS bu məna yükünü öz xarakterində daşıyır və möhkəm konstruksiyası, yüksək performansı və incə detallarla tamamlanan premium komfortu ilə seçilir.

Təqdimat zamanı Volt Group şirkətinin təsisçisi və direktoru Emin Əsgərov çıxışında xüsusi vurğuladı ki, ROX Motor üçün əsas prioritet yalnız satış deyil. Şirkət satışdan sonrakı xidmətə də böyük önəm verir. Rəsmi servis mərkəzində istehsalçı tərəfindən təlim keçmiş peşəkar mütəxəssislər çalışır və bu da müştərilərə davamlı, etibarlı və yüksək səviyyəli xidmət göstərilməsini təmin edir.

Texniki göstəricilərə gəldikdə isə, model 0–100 km/s sürətlənməni 5,5 saniyəyə yerinə yetirir. Dual Motor və tam ötürücü sistemi ilə təchiz olunan avtomobil 350 kW, yəni 476 at gücü hasil edir və seqmentində dinamik performansı ilə seçilir.

Enerji effektivliyi baxımından model 56,01 kWh batareya tutumuna malikdir. WLTC standartına əsasən 235 km elektrik yürüş imkanı təqdim edir və ümumi yürüş məsafəsi 1226 km təşkil edir. Bu göstəricilər həm gündəlik istifadə, həm də uzun məsafəli səfərlər üçün yüksək funksionallıq təmin edir.

Komfort sahəsində isə ADAMAS premium standartları daha da yüksəldir. Birinci və ikinci sıra oturacaqların elektriklə tənzimlənməsi və masaj funksiyası, pnevmatik asqı sistemi, qapıların avtomatik sorulma mexanizmi və daxili soyuducu bölmə modelin əsas üstünlükləri sırasındadır.

Beləliklə, təqdimat gecəsi təkcə yeni modelin debütü ilə deyil, həm də markanın regional bazardakı mövqeyinin möhkəmləndiyini nümayiş etdirməklə yadda qaldı. ROX premium seqmentdə yeni texnologiya və komfort standartlarını formalaşdırmağa davam edir.

ROX Motor rəsmi satış salonu: Badamdar yolu 1C

Tel.: *0078

Rəsmi sayt: www.rox.az

Son xəbərlər