Bayramqabağı Bakı univermaqlarında qızılın qiyməti
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qızıl bazarında qiymətlər müxtəlif istehsal ölkələrinə görə fərqlənir.
Bu barədə BAKU.WS-ə açıqlamasında ticarət mərkəzlərindən biruində çalışan zərgər Aqil İsmayılov bildirib.
Onun sözlərinə görə, hazırda 585 əyyar Türk qızılının qiyməti 197–200 manat, 750 əyyar İtaliya qızılı 200–220 manat, Ərəbistan istehsalı qızıl isə 250–270 manat aralığında dəyişir.
Zərgər qeyd edib ki, qiymət fərqləri əsasən qızılın əyarlığı, dizayn xüsusiyyətləri və istehsal ölkəsi ilə bağlıdır.
Qeyd edək ki, fevral ayında qızıl bazarında qiymətlər əyar və növlərə görə dəyişərək ərəb qızılında 275–283 AZN, italyan qızılında 199–210 AZN, türk qızılında isə 130–140 AZN aralığında olub və bu göstəricilərin yalnız fevral ayına aid olduğu bildirilib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...