Avropada qazın qiyməti kəskin BAHALAŞIB
Martın 19-da Avropada birja qaz qiymətləri son illərin ən yüksək səviyyəsinə qalxıb.
BAKU.WS ICE birjası məlumatlarına istinadən xəbər verir ki, qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə olaraq min kubmetr üçün 850 dollara çatıb.
Bildirilib ki, gün ərzində qiymətlər 30 faizdən çox artım göstərib.
Enerji daşıyıcılarının bahalaşması Yaxın Şərqdə gərginliyin artması fonunda baş verir. Tərəflərin artıq əsas enerji yataqlarına zərbələr endirməsi bazarlarda ciddi narahatlıq yaradıb.
Bu proses digər maliyyə bazarlarına da təsirsiz ötüşməyib. Yaponiya fond bazarının əsas indekslərindən biri kəskin ucuzlaşıb, dünya bazarında neftin qiyməti isə Brent nefti üzrə bir barel üçün 115 dollara qədər yüksəlib.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...