Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,63 ABŞ dolları və ya 8,9 % artaraq 117,79 ABŞ dolları təşkil edib.
BAKU.WS-in məlumatına görə, bu barədə report-a neft bazarındakı mənbə bildirib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 112,53 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 9,65 ABŞ dolları və ya 9,25 % artaraq 113,95 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Bayramqabağı Bakı univermaqlarında qızılın qiyməti
Azərbaycanda qızıl bazarında qiymətlər müxtəlif istehsal ölkələrinə görə fərqlənir. Bu barədə BAKU.WS-ə açıqlamasında ticarət mərkəzlərindən biruində çalışan zə...