Hava ilə bağlı XƏBƏRDARLIQ - Şimşək çaxacaq, dolu düşəcək
19
mar
2026
15:24
Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Zülfiyyə Xanbabayeva: "Qızım məktəbdə oxuyanda da şagirdlərin formalarının eyni olmasını istəyirdim"
"Məktəblilərin eyni formada geyinməsi təhsil mühitində bərabərliyin qorunması baxımından vacibdir. Vahid məktəbli forması uşaqlar arasında geyimə görə fərqlərin...