Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları "AniPay" üzərindən ödəyəcək?

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları AniPay üzərindən ödəyəcək?
Açıqlama
İqtisadiyyat 11

"Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları "AniPay" üzərindən ödəməyi planlaşdırır".

BAKU.WS xəbər verir ki, bu sözləri "Maliyyə sektorunda aktual çağırışlar və Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti" adlı panel sessiyada çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov deyib.

O vurğulayıb ki, "AniPay" üzərindən ödənilərsə kompensasiyalar real vaxtda vətəndaşların hesabına köçürüləcək.

Qeyd edək ki, bu gün Əmanətlərin Sığortalanması Fondu Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirilir.

Forumun keçirilməsində məqsəd jurnalistlərlə institusional əməkdaşlığı daha da gücləndirmək, fondun fəaliyyəti, əmanətlərin sığortalanması sisteminin hüquqi və institusional əsasları istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini ətraflı məlumatlandırmaq, fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə məsul rəhbər şəxslərlə jurnalistlər arasında açıq dialoq və peşəkar fikir mübadiləsi aparmaqdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər