Elman Rüstəmov daşınmaz əmlakın sığortalanmasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda daşınmaz əmlakın sığortalanması ilə bağlı maarifləndirmə və marketinq işlərinə hökumətlə yanaşı, yerli icra hakimiyyəti orqanları da qoşulmalıdır. Çünki, sığorta hadisələri daha çox rayon yerlərində, kəndlərdə baş verir".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib."Biz bu işi çox ciddi təşkil etməliyik. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun 2011-ci ildən qüvvədə olsa da, görüləsi işlər hələ çoxdur", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb
"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib ki, bu da MDB məkanında ən aşağı hədlərdən biridir". BAKU.WS "Report"a istinadən xəbər verir...