Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU
03
fev
2019
09:20
Bu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir.Bunu Trend-ə "Koneko Group" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.O bildirib ki, dövlət tərəfindən sosial mənzillərin tikintisi layihəsinin reallaşdırılması nəticəsində bazarda təklifin artımı müşahidə olunur:"Buna əsaslanaraq, bu il təklifin artması və daşınmaz əmlak bazarında qiymətin azalması gözlənilir".V.Orucun sözlərinə görə, hazırda ölkənin daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının sayı azdır, amma bununla belə, canlanma da müşahidə olunur:"Satıcılar daşınmaz əmlakı qısa müddət ərzində sata bilmir. Müəyyən müddətdən sonra daşınmaz əmlakın qiymətinin düşdüyünü müşahidə edirik. Bu, onunla bağlıdır ki, satıcılar qısa müddət ərzində daşınmaz əmlakı sata bilmir və ilkin qiyməti azaltmağa məcbur olur".O, həmçinin əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərin kəskin artımı gözlənilmir.BAKU.WS
Oxşar xəbərlər
Bakının mənzil bazarında bahalaşma var
2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. BAKU.WS xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktor...