Elektromobil istifadəçilərin DİQQƏTİNƏ! Onlayn sığorta edə biləcəklər?
Yeniliklərdən dərhal xəbərdar olun
Son dövrlər ölkədə elektromobil istifadəçilərinin sayı artıb. Bununla yanaşı, bu avtomobillərlə bağlı bəzi problemlər hələ də qalmaqdadır.
Problemlərdən biri elektromobillərin sığorta məsələsidir. Onları hələ ki onlayn sığorta etmək mümkün deyil. Bu isə elektromobil istifadəçiləri tərəfindən narazılıqla qarşılanır.
Ekspertlər hesab edirlər ki, elektromobil istifadəçiləri digər istifadəçilər kimi onlayn şəkildə icbari sığorta ala bilməlidirlər.
"Belə görünür ki, qanunda bununla bağlı boşluq var. Əslində, bir nəqliyyat vasitəsi kimi qeydiyyata alınıbsa, ölkədə idarə olunursa, onun qeydiyyatından, sığorta məsələsindən imtina etmək düzgün deyil", - deyə nəqliyyat eksperti Elməddin Muradlı Baku TV-yə açıqlamasında bildirib.
Məsələ ilə bağlı İcbari Sığorta Bürosundan isə bildirilib ki, yaxın zamanlarda mövcud problemin aradan qaldırılması planlaşdırılır.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu...