Əfqan İsayev: "SOCAR ekoloji auditlər keçirir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tətbiq etdiyi EMS (Environmental Management System - ISO 14001) əsasında ekoloji auditlər keçirir.
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə bildirib.
"Son zamanlar bu proqramdan çoxlu "ekoloji məqaləçilər" (environmental auditors) məzun olub və indi SOCAR qrupunun daxilində hər yerdə fəaliyyət göstərərək ekoloji uyğunluğu yoxlayır, hesabatlar verirlər. Bu proses çox yaxşı və uğurla gedir, biz bundan çox qürur duyuruq.
Bundan başqa, bir neçə beynəlxalq maliyyə institutu ilə işləyirik. Ümid edirik ki, gələn ilin I rübündə yeni layihəmizi elan edəcəyik. Biz bunu "pis miraslardan biri" adlandırırıq. Çünki sovet dövründən 300 min hektar ərazi neft tullantıları ilə çirklənib. Həmin əraziləri təmizləyərək onların yerində yeni icmalar qururuq. Bəzi ərazilərdə isə yeni bərpa olunan enerji təsərrüfatları və onların ətrafında icmalar inşa ediləcək. Beləliklə, çoxlu proqramlarımız var".
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...