Dollarla bağlı bədbin proqnoz: 1 dollar 3 manat olacaq
"Uzunmüddətli perspektivdə manatın taleyi acınacaqlıdır. Dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır. Niyə? Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır".
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, ölkədə dollar azaldıqca, qiyməti də artacaq:
"Valyuta gəlirlərimiz ona görə azalır ki, neftin qiyməti ən azı artmır və böyük ehtimalla yenə düşəcək (iqtisadi əsaslarla yanaşı geosiyasi səbəblər də var). Digər tərəfdən, neft hasilatımızın da həcmi azalır. Deməli, daha az neft satırıq, özü də aşağı qiymətlə. Neft və qaz Azərbaycanın yeganə valyuta gəliri mənbəyidir. Dünya bazarında əhəmiyyətli həcmdə başqa heç nə satmırıq. Çünki qeyri-neft sektorumuz, o cümlədən kənd təsərrüfatı inkişaf etməyib. Sahibkarlığın inkişafı üçün ciddi və real tədbirlər görülmür".
Mütəxəssis qeyd edir ki, ərzağın da böyük hissəsini idxal edirik: "Deməli, valyuta gəlirlərimizin bir hissəsi ərzağa xərclənir. Buna görə də manatın devalvasiyasının sonu görünmür. Görünməsi üçün indidən tədbirlər görmək lazımdır".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dollarla bağlı proqnoz: ilin sonuna kimi sürətlə bahalaşacaq
"Dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta int...