Dolları olanlar üçün VACİB AÇIQLAMA: Bu tarixdən sonra...

Dolları olanlar üçün VACİB AÇIQLAMA: Bu tarixdən sonra...
İqtisadiyyat 8020

ABŞ-də keçiriləcək seçkilər fonunda dolların möhkəmlənməsi, eləcə də manatın məzənnəsi ilə bağlı son dövrlər xeyli müzakirə aparılır.

BAKU.WS xəbər verir ki, bu müzakirələr fonunda dolların həm bahalaşacağı, həm də ucuzlaşacağı iddia edilir.

Bu iddialara cavab tapmaq üçün Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramova müraciət etdik.

V. Bayramov BAKU.WS-ə açıqlamasında bildirdi ki, son bir ildə dolların səbət valyutalara nisbətən məzənnəsində artımlar müşahidə olunub:

“Amma 2024-cü ilin geridə qalan aylarında dolların aparıcı valyutalara nisbətən məzənnəsi praktiki olaraq ciddi dəyişməyib.

Manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən və neftin dünya bazarındakı qiymətindən asılıdır. Nəzərə almaq lazımdır ki, hazırda 1 barrel neftin qiyməti 80 dollardır. Bu, xüsusən də neft ölkələri üçün münasib qiymət hesab olunur.

Amma Azərbaycan üçün məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır və növbəti dövrlərdə də Mərkəzi Bankın mövqeyi milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində həlledici olaraq qalacaq.

İqtisadiyyatda müasir çağırışlar, maliyyə stabilliyinin qorunub saxlanması, Mərkəzi Bankın intervensiya imkanlarının genişləndirilməsi kimi faktorlar da nəzərə alınır və bu kontekstdə Mərkəzi Bank həm qlobal regional çağırışları, həm valyuta bazarındakı mövcud dəyişikləri nəzərə almaqla valyuta bazarına intervensiya imkanlarını qoruyub saxlayıb.

Bu kontekstdə növbəti dövrlərdə manatın məzənnəsin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq".

Son xəbərlər