BVF neftin qiyməti üzrə proqnozunu artırıb

BVF neftin qiyməti üzrə proqnozunu artırıb
İqtisadiyyat 397
Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelə olan qiyməti üzrə 2019-2020-ci illər üçün proqnozlarını 65,52 və 63,88 ABŞ dollarınadək artırıb (artım müvafiq olaraq 6,36 dollar və 4,86 dollar). BAKU.WS-in məlumatına görə, bu barədə “APA-Economics” BVF-nin “World Economic Outlook” hesabatına istinadən xəbər verir.“Ötən il neftin bir barelə olan təxmini orta qiyməti 68,33 dollar olub. Bazar fyuçerslərinə əsaslanan neftin 2019-cu il üçün təxmin edilən qiyməti 65,52 dollar, 2020-ci il üçün isə 63,88 dollar səviyyəsində proqnozlaşdırılır", - deyə Fondun hesabatında bildirilir.Qeyd edək ki, cari ilin aprelində BVF 2019-cu il üçün neftin qiymətini 59,16 dollar, 2020-ci il üçün isə 59,02 dollar səviyyəsində proqnozlaşdırırdı.

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Neft ucuzlaşdı

"Brent" markalı neftin 2019-cu il yanvar fyuçerslərinin qiyməti 3,3 faiz aşağı düşüb. BAKU.WS-in məlumatına görə, Londonun İCE birjasında keçirilən hərracların...

6 İqtisadiyyat 23:02 01 noyabr 2018

Son xəbərlər