Bu şəxslərin maaşı 968 manat oldu - RƏSMİ AÇIQLAMA
17
fev
2018
12:42
2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər təşkil edib, onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən xəbərə görə, 2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 1,7 faiz artıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kimlər daha çox maaş alır?
2017-ci ilin yanvar-noyabr aylarında Bakının nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 1,5 faiz artaraq 52,2 min nəfər olub, orta aylıq əmək...