Bu il Azərbaycanda avtomobillərin istehsalı müəsisəsi fəaliyyətə başlayacaq
Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib.
"Bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır", - deyə S.Adıgözəlov qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi
Dünyada baş verən qlobal dəyişikliklər, qeyri-sabit mühit və təchizat zəncirindəki qırılmalar Azərbaycanın iqtisadi inkişafla bağlı prioritetlərini, hədəflərini...