Bu gün dollar bütün dünyada sərt ucuzlaşa bilər
ABŞ fond birjaları başda olmaqla dünya fond indeksləri və dolların məzənnsində bu gün, martın 27-də sərt ucuzlaşmanın olacağı gözlənilir.
"Report" xəbər verir ki, buna səbəb martın 24-də ABŞ-da "Obamacare" kimi tanınan eks-prezident Barak Obamanın başladığı səhiyyə islahatlarının ləğv edilməsi barədə Donald Trampın vəd etdiyi qərara öz partiyasından olan siyasətçilərin qarşı çıxması və nəticədə, qərarın qəbul edilməməsi olub. Baş verən hadisə maliyyə bazarlarında şok effekti yaradıb. Qlobal maliyyə bazarı iştirakçıları Trampın vergi islahatları və fiskal xərcləri artırmaq barədə planlarına da şübhə ilə yanaşmağa başlayıblar. Nəticədə, ABŞ dolları bu gün səhər saatlarında demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə ucuzlaşmağa başlayıb. Belə ki, USD/EUR 0,55% artaraq 1,0860, USD/GBP 0,57% artaraq 1,2545, JPY/USD isə 1,07% azalaraq 110,20 səviyyəsinə çatıb.
Xatırladaq ki, ABŞ-ın yeni prezidentinin seçki öncəsi platformasında səslənən fiskal xərclərin artırılması və vergi islahatları qərarlarının baş tutacağı ehtimalları ilə 10% bahalaşan ABŞ fond indekslərində bu gün kəskin azalmanın olması qaçılmazdır. Hazırda "Dow Jones" indeksində fyuçers kontraktları 0,8% və ya 160 bənd ucuzlaşıb. "Report"un analitik qrupu bu azalmanın axşam saatlarına qədər daha da artacağını proqnozlaşdırır. Həmçinin, ABŞ dolları üzrə ucuzlaşmanın davam edəcəyi və əsas valyuta cütlüyü USD/EUR-un 1,10-a yaxınlaşacağı ehtimal edilir.
Azərbaycan manatı üçün dolların ucuzlaşması müsbət hadisə kimi qiymətləndirilsə də, daha çox neft qiymətlərinin dəyişməsi amili əsas götürülür. Dolların ucuzlaşması normal şərtlər daxilində neftin qiymətini artmasına səbəb olsa da, hazırda dünya neft hasilatının artması neft qiymətlərini 50 dollar/barelə qədər enməsinə səbəb olub. "Report"un analitikləri bütün bunlara baxmayaraq, sabah Bakıda keçiriləcək valyuta hərracında dolların məzənnəsinin bir qədər düşəcəyini proqnozlaşdırır.
BAKU.WS
Oxşar xəbərlər
Bu ölkə Trampın qərarına görə rəsmən dollardan imtina etdi
İran ticarət əməliyyatlarında dollar istifadəsindən imtina etməyi planlaşdırır. Fins.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatları...