Azərbaycanda dolların məzənnəsi tarixi rekordu yeniləyəcək

Azərbaycanda dolların məzənnəsi tarixi rekordu yeniləyəcək
İqtisadiyyat 6407

 

Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 100 mln. dollar təşkil edib, halbuki hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 3 dəfə çox olub və təxminən 290 mln. dollar təşkil edib. 

Bu səbəbdən martın 7-nə ölkədə rəsmi məzənnənin bu günə nisbətən 0,5% artaraq 1,6099 AZN/USD olması ehtimal edilir. 

Qeyd edək ki, belə olacağı təqdirdə, Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekordunu yeniləyəcək. Belə ki, indiyədək dolların maksimal məzənnəsi yanvarın 25-də qeydə alınıb və 1,6054 AZN/USD olub. Yeni rekordun isə bundan 0,28% artıq olacağı gözlənilir.

"Report"un analitik qrupu hesab edir ki, martın 7-də növbəti valyuta hərracının baş tutacağı gözlənilir və hər hansı dəyişiklik baş verməsə, artıq martın 9-da rəsmi məzənnənin 1,6180 AZN/USD-yə çatacağı proqnozlaşdırılır.

Report

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dolların bu günə olan kursu (RƏSMİ)

Azərbaycanda dolların bu günə olan kursu (RƏSMİ)

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi m...

4878 İqtisadiyyat 08:56 04 mart 2016

Son xəbərlər