Bitkoin 7 ayın ən aşağı səviyyəsinə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-dən gələn iqtisadi göstəricilər və bu məlumatların Federal Rezervdən gözlənilən faiz endirim ehtimallarını azaltması səbəbindən investorlar risk iştahını itirir. Bu da kripto valyutalarda itkilərin artmasına gətirib çıxarıb.
BAKU.WS xəbər verir ki, nəticədə, Bitkoin 83 819 dollarla son 7 ayın ən aşağı səviyyəsinə geriləyib və son 24 saatda təxminən 9% dəyər itirib. Son 7 gündə isə qiyməti 13,54% azalıb.
İkinci ən böyük kripto valyuta olan Ethereum isə son 24 saatda 10% dəyər itirərək 2 727 dollara düşüb, son 7 gündə isə 15% itki qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...