Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
17
sen
2018
15:41
Cari ilin ilk səkkiz ayında Azərbaycanda 1 milyon 361,9 min ton dizel yanacağı, 807 min ton avtomobil benzini, 151,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 418 min ton ağ neft, 50,9 min ton yanacaq mazutu, 58 min ton sürtkü yağları, 192,5 min ton neft bitumu və 173,5 min ton neft koksu istehsal edilib.Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, səkkiz ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 92,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6 faiz artıb.Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 79,8 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə çoxalıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan avqustda gündəlik neft hasilatını qismən artırıb
Energetika Nazirliyi 2018-ci il avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda...