Bakıda 2,8 milyard dollarlıq mühüm qərar qəbul edildi

Bakıda 2,8 milyard dollarlıq mühüm qərar qəbul edildi
İqtisadiyyat 26

Bakıda keçirilən İslam İnkişaf Bankının İcraçı Direktorlar Şurasının 367-ci toplantısında ümumi məbləği 2,8 milyard ABŞ dolları təşkil edən inkişaf maliyyələşdirmə paketi təsdiq olunub.

BAKU.WS xəbər verir ki, ayrılan vəsaitlər nəqliyyat, energetika, kənd təsərrüfatı və iqlim davamlılığı istiqamətlərində reallaşdırılacaq layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Təsdiqlənən layihələr arasında Uqandada standart ölçülü dəmir yolu xəttinin inşası üçün 650,75 milyon avro, Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidi Layihəsinə 660,35 milyon avro, eləcə də Banqladeşdə neft emalı zavodunun yenilənməsi məqsədilə 1 milyard ABŞ dollarından artıq vəsaitin ayrılması nəzərdə tutulub.

Paket çərçivəsində həmçinin Nigeriyada günəş enerjisi layihələrinin genişləndirilməsi, Fələstində günəş elektrik stansiyalarının tikintisi, Kot-d'İvuarda elektrik şəbəkəsinin gücləndirilməsi, Tacikistanda yol infrastrukturunun bərpası, həmçinin Qambiya və Benində kənd təsərrüfatı sahəsində layihələrin dəstəklənməsi yer alır.

Qeyd olunub ki, bu maliyyə dəstəyi regionlararası əməkdaşlığın inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ərzaq təminatının yaxşılaşdırılmasına və dayanıqlı iqtisadi artımın təşviqinə töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər