Bakı metropoliteni 1 sərnişini 54 qəpiyə daşıyır, 34 qəpik ziyana düşür

Bakı metropoliteni 1 sərnişini 54 qəpiyə daşıyır, 34 qəpik ziyana düşür
İqtisadiyyat 6069

Azərbaycanda kommunal xərclərin artması fonunda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin gediş haqlarının qaldıracağı ilə bağlı müzakirələr səngimək bilmir.

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, elə bunları nəzərə alaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən müsahibə alınıb:

- Nəsimi müəllim, orta hesabla 1 gün, 1ay və 1 il ərzində Bakı metrosunda neçə sərnişin daşınır?

- Sərnişin sıxlığı mövsümdən asılı olaraq dəyişir. Yay rejimində gün ərzində təxminən 400-450 min, qış rejimində isə 700 min nəfər daşınır. İl ərzində təxminən daşınan sərnişinlərin sayı 210 milyondur.

- Hazırda 1 sərnişinin daşınma xərci nə qədərdir?

- Son rəsmi məlumata görə 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur.

- O zaman belə çıxır ki, metropoliten 1 sərnişinin daşınmasına görə 34 qəpik ziyanla işləyir...

- Metro hər zaman ziyanla işləyib.

- Bəs bu ziyanı nə ilə kompensasiya edirsiniz?

- Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır.

- Rəsmi rəqəmlərə görə, metroda ən az gediş haqqı Azərbaycandadır.

- Bəli, çox ölkələrdən aşağıdır.

- Bir çox kommunal xidmət haqlarının qaldırılmasından sonra metropolitendə gediş haqlarının artırılacağı deyilir. Bilmək istəyirdik, qurumda bu barədə müzakirələr gedirmi? Qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət edilibmi?

- Bildiyiniz kimi, Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gediş haqqı artırılır: Bakı Metropoliteni Tarif Şurasına müraciət edib? - RƏSMİ AÇIQLAMA

Gediş haqqı artırılır: Bakı Metropoliteni Tarif Şurasına müraciət edib? - RƏSMİ AÇIQLAMA

2015-ci ilin yekunlarına görə sərnişindaşımanın maya dəyəri 54 qəpik, 2016-cı ilin 6 ayı ərzində isə nisbətən azalaraq 52,4 qəpik təşkil edib. "Bakı Metropoli...

2275 Sosial 11:25 13 oktyabr 2016

Son xəbərlər