Azərbaycanlı milyarderdən neft proqnozu: "Qiymət 50 dollara qalxacaq"
"Şəxsən mənim fikrimcə, ikinci yarımillikdə neftin bir bareli üçün orta qiymət 50 dollara yüksələcək. Çünki neftin qiymətinin bu qədər kəskin ucuzlaşmasına heç bir obyektiv səbəb yoxdur".
BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov söyləyib. Onun sözlərinə görə, Yaxın Şərqdə siyasi vəziyyət kifayət qədər mürəkkəbdir və bu, qiymətlərin bahalaşacağına zəmin yaradır. Azərbaycanlı milyarder bildirir ki, səhmdarlar investisiyaların ixtisarı hesabına öhdəlikləri yerinə yetirməyə davam edir.
"1990-cı ildə neftin bir barelinin qiyməti 9 dollara düşmüşdü. Amma, 2008-2009-cu ildə OPEK tərəfindən bazarın nizama salmasının hesabına qiymət 100 dollardan yuxarı səviyyəyə çatdı. Təəssüf ki, bu gün OPEK bu missiyanı yerinə yetirmir. Çünki onun ayrı iştirakçıları xam neft bazarına təsir etməyk imkanlarını dayandırıblar. Qiymətlə bağlı bütün problemləri Səudiyyə Ərəbistanı ilə əlaqələndirmək düzgün deyil. Bəli, bu ölkə bazarda çox böyük oyunçudur, amma indi müşahidə edilən tendensiya onilliklərlə formalaşırdı. Nə vaxt ki, qiymət yüksək idi, proqnozlar verilirdi ki, neft 170-200 dollara qədər bahalaşacaq. Bu, alternativ energetikanın inkişafına stimulu verirdi. Enerjiyə qənaət edən texnologiyalara maraq artırdı. Bu gün biz görürük ki, Avropa artıq qarşıya məqsəd qoyub ki, enerji resurslarlarına olan tələbatının 30%-i alternativ enerji hesabına təmin etsin", - deyə V.Ələkbərov vurğulayıb.
"LUKOIL” şirkətinin prezidenti bildirib ki, hər kəs neftin qiymətini 70-50 dollar arasında proqnozlaşdırırdı, amma heç kim neftin bir barelini 30 dollardan aşağı olacağını ehtimal etmirdi: "Biz bu gün üç variant təsdiq etdik: bir barelə görə real qiymət — 30 dollar, optimist qiymət — 40 dollar və böhran qiyməti — 20 dollar. Əvvəlki ssenari bir barel üçün 50 dollar olaraq proqnozlaşdırılırdı. Əgər bu il neftin qiyməti 30 dollar civarında qalsa, o zaman biz 8,5 milyard dollarlıq investisiyanın 1,5 milyardını azaltmalı olacağıq".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti 1 dollar da ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,86...