Azərbaycanda yeni modul elektrik stansiyasının açılışı hazırlanır
07
okt
2018
10:36
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 16,5 meqavat gücündə olan “Lerik” modul elektrik stansiyasının açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir."Tikinti və montaj işləri, habelə digər işlər artıq başa çatdırılıb, stansiyanın açılması üçün hazırlıq işləri başa çatır", - deyə Energetika Nazirliyindən bildirib.Nazirlikdən qeyd ediblər ki, “Şimal-2” və Ordubad su elektrik stansiyalarının tikintisi də davam etdirilir."Şimal-2" elektrik stansiyasındakı işlər "Azərenerji" ASC tərəfindən hazırlanmış cədvələ uyğun olaraq davam edir. Stansiyanın ikinci enerji blokunun inşası, birinci enerji bloku ilə birləşməsi, soyuducu sistemin çıxış kanalının tikintisi, yanğın söndürmə sistemi və dəniz suyunun təmizlənməsi üçün quraşdırma işləri başa çatdırılıb. Eyni zamanda, yarımstansiyaların və paylayıcı qurğuların tikintisi başa çatdırılmış, onların təhlükəsizlik sistemləri quraşdırılıb. Stansiyanı mərkəzi elektrik stansiyalarına birləşdirən dörd 220 kilovoltluq elektrik xəttləri tikilib, beş ədəd 110 kilovoltluq elektrik xəttində təhlükəsizlik sistemləri təkmilləşdirilmişdir.Xatırladaq ki, hal-hazırda Azərbaycanın enerji sisteminin tutumu 6 min meqavadan çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda ayrıca elektrik yarımstansiyası inşa olunur
Bakı Metropoliteninin yeni tikilən stansiyasında yeni və fərqli texnologiyalar tətbiq ediləcək.BAKU.WS xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmd...