Azərbaycanda xarici pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı
25
dek
2017
16:45
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.BAKU.WS-in məlumatına görə, bu barədə Palatanın açıqlamasında bildirilir.Məlumatda deyilir ki, nəzarət tədbirləri çərçivəsində işğal altında olan ərazilərdə qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır. Palatanın apardığı araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsi, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırıq verilib.BAKU.WS
Oxşar xəbərlər
Məşhur sayt Qarabağdan otel sifarişləri qəbul etməyə başladı
Hollandiya ərazisində qeydiyyatda olan booking.com qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini...