Azərbaycanda problemli kreditlərlə bağlı YENİ TƏKLİF
02
okt
2017
13:30
"Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur. Vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Bu problemi birdəfəlik həll etmək lazımdır".“Report” xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Əli Məsimli deyib. O, həmçinin kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalı olduğunu bildirib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vaxtı keçmiş kreditlər tarixində rekord həddə çataraq 1,8 mlrd. manatı ötüb
Azərbaycanda vaxtı keçmiş kreditlər bu il iyulun 1-nə 1 810,7 mln. manat təşkil edib. BAKU.WS xəbər verir ki, "Report” Azərbaycan Mərkəzi Bankından verilən məl...