Azərbaycanda problemli kreditlər yenidən artıb

08
may
2017
23:51
Azərbaycanda vaxtı keçmiş kreditləri bu il aprelin 1-nə 1 590,3 mln. manat təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report”a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, problemli kreditlərin həcmi martın 1-i ilə müqayisədə 2,2% çoxdur. Ümuumilikdə isə problemli kreditlər ilin əvvəli ilə müqayisədə 8%, son 1 ildə isə 19,9% artıb.
Martın sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,2% paya malik olub. Bu nisbət ötən ilin sonunda 9%, ötən il martın sonunda isə 6,7% təşkil edib.
BAKU.WS
Oxşar xəbərlər
Dollar kreditlərinə görə kompensasiya verilməməsi nəyə səbəb olacaq?
"Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon...
