Azərbaycanda vaxtı keçmiş kreditlər tarixində rekord həddə çataraq 1,8 mlrd. manatı ötüb

Azərbaycanda vaxtı keçmiş kreditlər tarixində rekord həddə çataraq 1,8 mlrd. manatı ötüb
İqtisadiyyat 1264

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il iyulun 1-nə 1 810,7 mln. manat təşkil edib.

BAKU.WS xəbər verir ki, "Report” Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, iyunun 1-i ilə müqayisədə 4,1% və yaxud 70,9 mln. manat çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 338,1 mln. manat və yaxud 23%, son 1 ildə isə 270,9 mln. manat və yaxud 17,6% artıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 13%, mayın sonuna 11,8%, ötən ilin sonuna 9%, ötən il iyunun sonuna isə 8,4% təşkil edib. 

BAKU.WS

Son xəbərlər