Cahangir Hacıyevin Azərbaycana vurduğu 3 mlrd. manatlıq ziyanın detalları (ARAŞDIRMA)
"Fitch" beynəlxalq reytinq agentliyi dünən Azərbaycan banklarının reytinqini açıqlayıb.
BAKU.WS-in "Report" saytına istinadən verdiyi məlumata görə, "Fitch" qiymətləndirilməsi nəticəsində "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) kredit reytinqini "BB", reytinq müşahidəsi isə "Pozitiv" təsdiq edilib. Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinin təsdiq edilməsi və müşahidəsinin "pozitiv" açıqlanmasını Agentlik Azərbaycan hökumətinin Bankın pis aktivlərinin təmizlənməsinə yardımı və manatın dalğalanmasını kompensasiya edəcəyi ilə əsaslandırıb. Müqayisə üçün "Fitch"-in son qiymətləndirmə nəticəsində gəldiyi digər əsaslandırmalara keçməzdən əvvəl Agentliyin bu ilin iyul ayında ABB-nin maliyyə vəziyyətinə dair hesabatını xatirlamaq vacibdir. "Fitch"-in həmin hesabatına görə, ABB-nin problemli kreditlərinin miqdarı yüksək olduğu üzə çıxıb. Agentliyin hesabatında 2015-ci ilin ilk rübünün sonuna ABB-nin böyük həcmli kreditləri içərisində yüksək riskli kreditlərin payının ümumi kreditlərin 11%-i və ya 1 mlrd.manata yaxın olduğu vurğulanmışdı. Digər bir problem də 700 mln.manat həcmində köhnə veksel portfelinin aşağı keyfiyyəti ilə bağlı idi. Bu veksellər isə Rusiyada tamamlanması yüksək risk daşıyan inşaat layihələrinə aid idi. 2014-cü ilin sonuna problemli kreditlərin ehtiyatlarla örtülməsi 135% təşkil edirdisə, vaxtı uzadılan kreditlər, yüksək risk qrupuna aid kreditlər və veksellərlə bərabər bu məbləğ bankın ehtiyatlarını 3 dəfə üstələyib. Məhz ABB-nin yanlış idarə edilməsi səbəbindən Azərbaycan höküməti ABB-nin problemli kreditlərinin alınması üçün 3 mlrd. manat həcmində vəsait ayırmalı olub. Belə ki, "Fitch" son hesabatında bildirir ki, Azərbaycan hökümətinin 2 mlrd. manat həcmində ABB-nin problemli kreditlərini alması Bankın kapitalına təzyiqləri azaldacaq. ABB-dən Agentliyə verilən məlumata əsasən, hökümət tərəfindən ilin sonuna qədər Bankın daha 1 mlrd. manatlıq problemli kreditlərinin alınması gözlənilir və əlavə olaraq hökümət bankın ödəmə qabiliyyətliliyini qorumaq üçün digər yollardan da istifadə edə bilər. Agentlik qeyd edir ki, devalvasiya ötüşdükdən sonra Bankın qalan problemli kreditlərdən azad olması ilə də bağlı tədbirlər həyata keçərilərsə, reytinqin bir pillə artırılması mümkündür. "Fitch" xatırladır ki, aktivləri Azərbaycanın ÜDM-in 15%-nə bərabər olan ABB-nin bu göstərici üzrə bank sektorunda payı 36%-dir, dövlət müəssisələri üzrə kredit portfeli isə 1,5 mlrd. dollar həcmindədir. Beləliklə, beynəlxalq reytinq agentliyinin 2015-ci il ərzində açıqladığı 2 hesabat "Azərbaycan Beynəlxalq Bankı" bu ilin əvvəlində Cahangir Hacıyevin rəhbərliyi altında düşdüyü acınacaqlı durum və sonradan Azərbaycan hökumətinin müdaxiləsi ilə bərpa olunan imicini əyani şəkildə təsdiqləmiş oldu. Xatırladaq ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. BAKU.WS
Oxşar xəbərlər
Beynəlxalq reytinq agentliyi Azərbaycandakı devalvasiyadan yazdı
Azərbaycanda bu gün milli valyutanın devalvasiyası bankların aktivlərinə və kapitalına mənfi təsir edəcək. BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "Fitch Rati...