Beynəlxalq reytinq agentliyi Azərbaycandakı devalvasiyadan yazdı

Beynəlxalq reytinq agentliyi Azərbaycandakı devalvasiyadan yazdı
İqtisadiyyat 1087

 

Azərbaycanda bu gün milli valyutanın devalvasiyası bankların aktivlərinə və kapitalına mənfi təsir edəcək.

BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bank sistemi aktivlərinin dollarlaşmasının yüksək səviyyəsilə xarakterizə edilir, lakin borcluların valyuta daxilolmalarına çıxışı məhduddur: "Buna görə də devalvasiyaya görə kredit borcları üzrə xidmətin keyfiyyəti pisləşəcək ki, bu da ümumilikdə aktivlırin keyfiyyətinə mənfi təsir göstərəcək".

D.Vasilyev qeyd edib ki, Azərbaycanın bank sistemi iki risklə üzləşib: "Birincisi, manatda olan aktivlərin qiyməti qalxacaq, müvafiq olaraq bütün bankların kapitalının kifayətlilik normativi (Azərbaycan Mərkəzi Bankının müvafiq tələbatı 50 milyon manatdır) aşağı düşəcək. İkincisi, bəzi bankların birbaşa açıq valyuta mövqeyi var və onlar devalvasiya ilə əlaqədar valyutanın yenidən qiymətləndirilməsindən böyük birdəfəlik itkiləri etiraf etməli olacaqlar ki, bu da kapitalın kifayətlilik normativlərinə təsir edəcək".

BAKU.WS

Oxşar xəbərlər

Kredit borcları silinəcək?

Kredit borcları silinəcək?

Bir neçə aydır ki, insanlar arasında kredit borclarının silinəcəyinə dair şayələr gəzir. Hətta bu xəbərlərdən ümidlənərək kredit borclarını ödəməkdən imtina edə...

2989 Sosial 21:45 30 noyabr 2015

Son xəbərlər